Seninem.Az > Dünya / Maraqli / Manşet Yuxarı > Şahzadə Diananın zirehli limuzini satışa çıxarılıb

Şahzadə Diananın zirehli limuzini satışa çıxarılıb


Tarix: 1-03-2019, 08:19. Müəllif: admin
Böyük Britaniya şahzadəsi Diananın zirehli "Rolls-Royce" limuzini, onun ABŞ-a səfər zamanı istifadə etdiyi avtomobili hərraca çıxarılıb.

Leqal.info "Report"a istinadən xəbər verir ki, avtomobilin 1987-ci ildə 100 mindən az kilometr məsafə qət etməsi barədə elan yerləşdirilib. Nəqliyyat vasitəsi heç vaxt yol qəzasına düşməyib.

Elit avtomobil 264 at gücünə malikdir. Limuzin sürücü ilə əlaqə sistemilə təchiz olunub.

Avtomobilin başlanğıc qiyməti 26 min dollardır.

Diana 1990-cı ildə ABŞ-da bu avtomobildə hərəkət edib.

Daha əvvəl Böyük Britaniyada şahzadə Diananın paltarı hərracda satışa çıxarılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt