Seninem.Az > Dünya / Manşet Yuxarı > Dağlıq Qarabağda erməni əsgəri ölüb
Dağlıq Qarabağda erməni əsgəri ölübTarix: 13-02-2019, 08:10. Müəllif: admin |
|
Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazisində erməni əsgəri ölüb. Leqal.info bildirir ki, bu barədə "Report" erməni mətbuatına istinadən xəbər verir. Məlumata görə, hadisə dünən baş verib. 2000-ci il təvəllüdlü Frunzik Tamazyan saat 18:00 radələrində qara ciyər çatışmazlığı və ürək dayanması diaqnozu ilə hərbi hospitala çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, saat 20:30-da hospitalda ölüb. Hadisə ilə bağlı istintaq aparılır. Qeyd edək ki, bu, Ermənistan ordusunda ötən gün qeydə alınan ikinci ölüm hadisəsidir. Dünən Ermənistan ordusunun sıravi əsgəri zabiti güllələyərək öldürüb. Geri Qayıt |