Seninem.Az > Dünya / Manşet Yuxarı > Gürcüstanda qripdən ölənlərin sayı 11 nəfərə çatıb

Gürcüstanda qripdən ölənlərin sayı 11 nəfərə çatıb


Tarix: 8-01-2019, 17:38. Müəllif: admin
Gürcüstanın Qori şəhərində 22 yaşlı qadın qrip virusunun ağır formasından ölüb.

Leqal.info xəbər verir ki, qadında əvvəllər şiş olub və o, bir neçə dəfə əməliyyat keçirib.

Qadının ölümünə “donuz qripi” adlandırılan A (H1N1) virusunun səbəb olması laboratoriya şəraitində hələ təsdiq olunmayıb.

Xatırladaq ki, Gürcüstanda “donuz qripi”ndən artıq 10 nəfər ölüb. Ölkədə A (H1N1) virusuna 158 yoluxma halı təsdiq olunub. Bu gündən etibarən Tbilisidə beş klinika 24 saatlıq iş rejiminə keçib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt