Seninem.Az > Dünya / Manşet Yuxarı > Türkiyədə Yeni il axşamı terror aktı törətməyə cəhd edən şəxslər saxlanılıb

Türkiyədə Yeni il axşamı terror aktı törətməyə cəhd edən şəxslər saxlanılıb


Tarix: 2-01-2019, 16:00. Müəllif: admin
Türkiyədə Yeni il bayramı münasibətilə keçirilən tədbirlərdə partlayış törətmək istəyən şəxslər saxlanılıb.

Leqal.info “Report”a istinadən xəbər verir ki, İŞİD üzvü olan terrorçular ölkənin Kayseri rayonunda tutulublar.

Kayseri rayon Polis İdarəsindən bildirilib ki, terrorçular rayona Fransadan gəliblər və məqsədləri Yeni il axşamı terror aktı törətmək olub. Saxlanılan şəxslərdən birinin Murad Y, digərinin isə onunla birlikdə yaşayan Mərakeş vətəndaşı Nadia Y. olduğu açıqlanıb.

Polis onların yaşadıqları ünvanda axtarış aparıb, müxtəlif sənədlər götürüb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt