Seninem.Az > Dünya / Manşet Yuxarı > Ukraynada ağır yol qəzası baş verib
Ukraynada ağır yol qəzası baş veribTarix: 1-01-2019, 18:38. Müəllif: admin |
Ukraynada ağır yol qəzası baş verib. "Report" TASS-a istinadən xəbər verir ki, hadisə Nikolayevsk vilayətində qeydə alınıb. "Opel Astra" və "Mazda-6" avtomobillərinin toqquşması nəticəsində 8 nəfər ölüb. Məlumata görə, ölənlər arasında 3 uşaq da var. Qəza zamanı həmçinin daha 2 nəfər də yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Bir müddət əvvəl Ukraynada yol qəzasında dörd politoloq və bir jurnalist ölüb. Geri Qayıt |