Seninem.Az > Dünya / Manşet Yuxarı > Əfqanıstanda prezident seçkiləri üç ay müddətinə təxirə salınıb

Əfqanıstanda prezident seçkiləri üç ay müddətinə təxirə salınıb


Tarix: 30-12-2018, 21:00. Müəllif: admin
Əfqanıstan Müstəqil Seçki Komissiyası prezident seçkilərinin 20 iyul 2019-cu il tarixinə təxirə salındığını açıqlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə komissiya sədri Qulu Can Abdul Badi Sayada istinadən 1TV telekanalı məlumat yayıb.

Ölkədə prezident seçkiləri 2019-cu il 20 aprel tarixində keçirilməli idi.

Sədrin sözlərinə görə, seçkilərin vaxtının dəyişdirilməsi oktyabrda keçirilən parlament seçkiləri zamanı yaranmış problemlərlə bağlıdır. Bundan əlavə, möhlət "Taliban" hərəkatı ilə sülh sazişi danışıqlarına hazırlıqla əlaqəlidir.

Əfqanıstan prezidenti nümayəndəsinin müavini Şah Hüseyn Murtazafi öz növbəsində ölkə hökumətinin seçkilərin yeni keçirilmə tarixi ilə razılaşdığını bildirib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt