Seninem.Az > Dünya / Manşet Yuxarı > Ermənistanda parlament seçkilərində qeydə alınan 32 qanun pozuntusu ilə əlaqədar cinayət işi qaldırılmayıb
Ermənistanda parlament seçkilərində qeydə alınan 32 qanun pozuntusu ilə əlaqədar cinayət işi qaldırılmayıbTarix: 9-12-2018, 17:35. Müəllif: admin |
|
Ermənistanın İstintaq Komitəsi ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı cinayət işi qaldırmayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İstintaq Komitəsinin Seçki Cinayətləri Departamentinin rəhbəri Kamo Saakyan bildirib. "Saat 16:00-dək respublikanın İstintaq Komitəsinə bir şikayət daxil olub. O, baxılma mərhələsindədir. Hazırda cinayət işi qaldırılan iş yoxdur", - deyə o bildirib. Daha əvvəl ölkənin Baş Prokuroluğundan bildirilib ki, qanun pozuntusu ilə bağlı 65 məlumata baxılır. Onlardan 32-də cinayət tərkibi var. Geri Qayıt |