Seninem.Az > Dünya / Manşet Yuxarı > Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirib


Tarix: 18-11-2018, 15:38. Müəllif: admin
Türkiyə Hərbi Qüvvələri həftə ərzində 68 terrorçunu zərərsizləşdirib.

"Leqal.info" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

PKK, PYD, YPG və İŞİD-ə qarşı antiterror əməliyyatları Diyarbəkir, Hakkari, Tunceli, Şırnak, Mardin vilayətlərində, həmçinin İraqın şimalında keçirilib. Əməliyyatların gedişatında Türkiyə ordusunun 2 hərbi qulluqçusu həlak olub, daha 3 hərbçi yaralanıb.

Terrorçulardan xeyli miqdarda silah-sursat götürülüb, habelə silahlıların 31 atəş nöqtəsi, sığınacağı və silah anbarı məhv edilib.

Məlumatda həmçinin bildirilir ki, Suriyanın Afrin bölgəsində başlanan "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 4585 nəfərə çatıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt