Seninem.Az > Dünya / Manşet Yuxarı > Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaqTarix: 16-10-2018, 22:23. Müəllif: admin |
Gürcüstanda prezidentliyə namizədliyin geri götürülməsi ilə bağlı müddət başa çatıb. “Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze deyib. O bildirib ki, qeydiyyata alınmış 25 namizədin heç biri namizədliyinin geri götürülməsi ilə bağlı müraciət etməyib: “Buna müvafiq olaraq, seçki bülleteninə 25 namizədin hamısı daxil ediləcək”. Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. 25 namizədin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Bundan əvvəl Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilinin təşviqat materiallarının daşındığı yük maşınında yanğın baş verdiyi bildirilmişdi. Geri Qayıt |