Seninem.Az > Dünya > Sosial şəbəkədə status paylaşanlara
Sosial şəbəkədə status paylaşanlaraTarix: 5-09-2018, 15:36. Müəllif: admin |
Səudiyyə Ərəbistanında internetdə satirik statuslar yazıb ictimai asayişi pozan şəxslərə beş il müddətinə həbs və 800 min dollar həcmində pul cəzası tətbiq olunacaq. AzNews.az “Euronews”a istinadən xəbər verir ki, Ərəbistanda sosial mediadan yayımlanan ələ salıcı, təşviqatçı, narahatlıq doğuran paylaşımlarla mənəvi-əxlaqi, dini dəyərlər, ictimai asayişə ziyan vurulması kibercinayət sayılacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanında islamçı müxalifətin tanınmış simasi olan Əl-Əvdə Twitter mikrobloqundan etdiyi paylaşımlara görə həbs olunmuşdu. Geri Qayıt |