Seninem.Az > Dünya > Braziliya məhkəməsi sabiq prezidentin həbsinə order verdi
Braziliya məhkəməsi sabiq prezidentin həbsinə order verdiTarix: 6-04-2018, 03:26. Müəllif: admin |
Braziliyanın Federal Məhkəməsinin hakimi Serjiu Moro sabiq ölkə prezidenti Luis İnasiu Lula da Silvanın həbsinə order verib. Trend-in məlumatına görə, orderdə deyilir ki, sabiq prezident aprelin 6-sı yerli vaxtla saat 17:00-a qədər təslim olmalıdır. Qeyd edək ki, yanvar ayında sabiq prezident barəsində korrupsiya işinə görə 12 il 1 ay azadlıqdan məhrum edilmə cəzası verilib. Geri Qayıt |