Seninem.Az > Dünya > Sankt Peterburqda terror aktının qarşısı alınıb
Sankt Peterburqda terror aktının qarşısı alınıbTarix: 22-02-2018, 20:44. Müəllif: admin |
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt Peterburqda terror aktının qarşısı alınıb. Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə FTX-nın mətbuat xidmətinin məlumatında bildirilir. Məlumata görə, saxlanılan Orta Asiya respublikalarından birinin vətəndaşı olan şəxs nəqliyyat infrastrukturuna aid obyektlərə və insanların çox olduğu digər ictimai yerlərə hücumlar törətməyi planlaşdırırmış. FTX-nın hazırda əməliyyat- axtarış və istintaq tədbirlərini davam etdirdiyi bildirilir. Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmır. Geri Qayıt |