Seninem.Az > Dünya > İŞİD Dağıstandakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD Dağıstandakı hücuma görə məsuliyyəti öz üzərinə götürübTarix: 19-02-2018, 02:59. Müəllif: admin |
|
İŞİD terror qruplaşması Dağıstanın Kizlər şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Leqal.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib. Bununla belə faktı təsdiqləyən heç bir dəlil təqdim edilməyib. Fevralın 18-də Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Geri Qayıt |