Seninem.Az > Dünya / Manşet Sağ > Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb


Tarix: 17-02-2018, 20:00. Müəllif: admin
Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral yolunda SOCAR şirkətinə məxsus benzin daşıyan maşın qəzaya uğrayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş verib. Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı xəsarət alan olmayıb.

Qəza nəticəsində maşında olan 23 tona yaxın benzin ətrafa dağılıb.

Ətraf mühitə nəzarət departamenti dəymiş ziyanın həcmini müəyyən edəcək.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt