Seninem.Az > Dünya / Video / Manşet Yuxarı > Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur - YENİLƏNİB-3 - VİDEO
Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur - YENİLƏNİB-3 - VİDEOTarix: 11-02-2018, 17:00. Müəllif: admin |
Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur. Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. *** saat 16.28 Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib. APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Təcili Yardım Xidmətindən məlumat verilib. Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisinə düşüb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var. *** saat 16.21 Rusiyada sərnişin təyyarəsi radardan itib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskvadan Orska uçan təyyarə radardan itib. Təyyarənin göyərtəsində 65 sərnişin və heyət üzvləri var. Geri Qayıt |