Seninem.Az > Dünya > ABŞ-da sərnişin və yük qatarları toqquşub, 2 nəfər ölüb, 116 nəfər xəsarət alıb

ABŞ-da sərnişin və yük qatarları toqquşub, 2 nəfər ölüb, 116 nəfər xəsarət alıb


Tarix: 4-02-2018, 20:21. Müəllif: admin
ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarlarının toqquşması nəticəsində yaralıların sayı 116 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Henri Makmaster bildirib.

Bundan əvvəl 2 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilirdi.

Qəza zamanı Nyu-York-Mayami marşrutu ilə hərəkət edən sərnişin qatarında 139 sərnişin və 8 ekipaj üzvü olub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxıb. Hazırda hadisə yerində xilasedici əməliyyat davam etdirilir.

***

18:28

Bu gün yerli vaxtla saat 02.35 radələrində ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Keysi şəhəri yaxınlığında baş verən qəza nəticəsində Nyu-York-Mayami marşrutu ilə hərəkət edən sərnişin qatarında olan 2 nəfər ölüb, 70-ə qədər insan xəsarət alıb.

Xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Toqquşma nəticəsində 20 min litrə qədər yanacaq sızıb. Bir neçə vaqon relsdən çıxıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt