Seninem.Az > Dünya > Kabildə partlayış nəticəsində 95 nəfər ölüb, 158 nəfər yaralanıb

Kabildə partlayış nəticəsində 95 nəfər ölüb, 158 nəfər yaralanıb


Tarix: 27-01-2018, 19:57. Müəllif: admin
Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində 95 nəfər ölüb, 158 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış səfirliklər və inzibati binaların yerləşdiyi Vəzir Əkbər Xan məhəlləsində baş verib. Məlumata görə, partlayışı minalanmış təcili yardım maşını vasitəsilə terrorçu-kamikadze törədib. Əfqanıstan DİN-i teraktla əlaqədə şübhəli bilinən 4 şəxsin saxlanıldığını bildirib.

“Taliban” hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt