Seninem.Az > Dünya / Video > İndoneziyada güclü zəlzələ baş verib, 1 nəfər ölüb, 5-i xəsarət alıb
İndoneziyada güclü zəlzələ baş verib, 1 nəfər ölüb, 5-i xəsarət alıbTarix: 16-12-2017, 10:51. Müəllif: admin |
İndoneziyanın Yava adasında 6,5 bal gücündə zəlzələ baş verib. APA-nın “Daily Telegraph”-a istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində azı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Məlumata əsasən, Yava adasının qərbində 62 yaşlı kişi dağıntılar altında qalaraq həyatını itirib. Ölən və yaralananların sayının artacağı istisna edilmir. *** 21:36 İndoneziyanın Yava adası yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib. APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Bandunq şəhərindən 129 km cənubda, ocağı isə 122 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Leqal.info Geri Qayıt |