Seninem.Az > Dünya > MSK nümayəndələri Gürcüstanda keçirilən seçkiləri müşahidə edirlər
MSK nümayəndələri Gürcüstanda keçirilən seçkiləri müşahidə edirlərTarix: 21-10-2017, 11:23. Müəllif: admin |
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri Gürcüstanda yerli idarəetmə orqanlarına keçirilən seçkiləri müşahidə edir. APA-nın yerli bürosunun məlumatına əsasən, MSK-nın katibi Mikayıl Rəhimov və katiblik rəhbərinin müavini Həsən Kazımzadə Tbilisi şəhərində yerləşən üç seçki məntəqəsində səsvermə prosesini izləyiblər. M.Rəhimov seçki prosesinin sakit şəraitdə keçdiyini deyib: “Səsvermə prosesi zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçicilər səsvermədə həvəslə iştirak edirlər”. Onun sözlərinə görə, müşahidələrin nəticələri Gürcüstan MSK-da müzakirə olunacaq: “Axşam saat 23.00-da müşahidələrimizlə bağlı rəyimiz Gürcüstanın Mərkəzi Seçi Komissiyasına təqdim olunacaq”. Leqal.info Geri Qayıt |