Seninem.Az > Dünya > Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb

Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb


Tarix: 11-09-2017, 05:37. Müəllif: admin
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Ukrayna polisinin “Tvitter” səhifəsində bildirilir.

Cinayət işi Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə açılıb.

Qeyd edək ki, ötən axşam Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt