Seninem.Az > Dünya > Barselonada mikroavtobusu kütlənin üzərinə sürdülər

Barselonada mikroavtobusu kütlənin üzərinə sürdülər


Tarix: 17-08-2017, 22:38. Müəllif: admin
İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Reuters agentliyin məlumatına görə, terror aktı nəticəsində azı 13 nəfər ölüb.

Pais qəzetin məlumatına görə, 64 nəfər təcili tibbi yardım əməkdaşlarına müraciət edib.

Hazırda polis əraziyə heç kimi buraxmır, yaxınlıqdakı metro stansiyası və mağazalar da bağlanıb.

Sürücü hadisə yerindən qaçıb.

Polis hadisəni terror aktı kimi dəyərləndirir.

Leqal.infoскачать dle 10.6фильмы бесплатно
Geri Qayıt