Seninem.Az > Dünya > Makron və Merts həyat yoldaşlarını səhv saldılar - VİDEO
Makron və Merts həyat yoldaşlarını səhv saldılar - VİDEOTarix: Bu gün, 12:10. Müəllif: admin2 |
Fransanın Evian şəhərində keçirilən G7 sammiti ərəfəsində qəribə hadisə baş verib.![]() Bu barədə "Stern" jurnalı məlumat dərc edib. Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts fotosessiya zamanı həyat yoldaşlarını səhv salıblar. Jurnalın məlumatına əsasən, bu hadisəyə siyasətçilərin xanımlarının - Bricit Makron və Şarlotta Mertsin bir-birinə bənzəyən paltar geyinmələrinin səbəb olduğu düşünülür. Dərc edilən videogörüntülərdə Makronun Mertsin yaxınlığında dayanmış həyat yoldaşı Bricitin əlindən tutaraq onu öz yanına çəkdiyi anlar öz əksini tapıb. Onun əvvəlki yerinə isə Şarlotta Merts keçir. Ardınca siyasətçilər vəziyyətdən gülümsəyərək çıxır və xanımları ilə bərabər fotoqraflara poza verməyə davam edirlər.Oxu.Az Geri Qayıt |