Seninem.Az > Dünya > Rusiya Gənclər İttifaqının keçmiş sədri həbs edilib
Rusiya Gənclər İttifaqının keçmiş sədri həbs edilibTarix: 24-11-2025, 13:23. Müəllif: admin2 |
Rusiya Gənclər İttifaqının keçmiş sədri Pavel Krasnorutski mənimsəmə işi üzrə həbs edilib.APA-nın Moskva bürosu yerli KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı Krasnorutski noyabrın 12-də saxlanılıb və noyabrın 15-də Moskvanın Tverskoy Məhkəməsi onu istintaq təcridxanasına göndərib. Krasnorutski mənimsəmədə ittiham olunur; məhkəmə işin heç bir təfərrüatını açıqlamayıb və həbs qərarını dərc etməkdən imtina edib. Geri Qayıt |