Seninem.Az > Dünya > Cənubi Koreya kəşfiyyatı KXDR-in Kursk vilayətindəki itkilərinin sayını açıqlayıb
Cənubi Koreya kəşfiyyatı KXDR-in Kursk vilayətindəki itkilərinin sayını açıqlayıbTarix: 15-01-2025, 09:10. Müəllif: admin2 |
Bu günə qədər Kursk vilayətində Şimali Koreyanın hərbi kontingentinin 300-ə yaxın əsgəri həlak olub, bu isə dekabrda qeydə alınan göstəricidən 200 hərbçi çoxdur.![]() “Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Koreya Respublikasının Milli Kəşfiyyat Xidmətinin qiymətləndirməsinə görə, indiyədək regionda Şimali Koreya 3 minə yaxın hərbçisini itirib ki, onların da 300 nəfəri həlak olub, 2700 nəfəri isə yaralanıb. Dekabr ayının sonuna cənubi koreyalı kəşfiyyatçılar Şimali Koreyanın 100 hərbçisinin həlak olduğunu və 1000-ə yaxın yaralı əsgərinin olduğunu bildirmişdilər. Geri Qayıt |