Seninem.Az > Dünya / Manşet Yuxarı / Manşet Sağ > Saat 22:00-dan 07:00-a kimi səs-küy salmaq QADAĞAN EDİLİR
Saat 22:00-dan 07:00-a kimi səs-küy salmaq QADAĞAN EDİLİRTarix: 25-04-2023, 08:54. Müəllif: admin2 |
![]() Rusiyada vətəndaşların sakitliyə riayət edilməsi haqqında qanun layihəsi Federasiya Şurasında dəstəklənib. Belə ki, yeni qanun layihəsi bütün regionlarda saat 22:00-dan 7:00-a qədər səs-küyə qadağa qoyulmasını, iş günlərində isə iki saatlıq fasilə ilə səhər saat 9:00-dan 19:00-a qədər tikinti işləri üçün vaxt təyin etməyi təklif edir. “Çoxmənzilli binalarda yaranan səs-küy problemi bütün sakinləri narahat edir. Rusiya Federasiyası qanunların təsirinə baxmayaraq, bu problem qalmaqdadır. Bu məsələni tənzimləyən vahid qanun lazımdır”, – Federasiya Şurasının üzvü Anatoli Artamonov bildirib. Qanunvericilərin fikrincə, vahid normanın tətbiqi insanların həyatını asanlaşdıracaq. Qeyd edək ki, 28-55 yaş arası kişi və qadınlar arasında aparılan sorğunun nəticələrinə görə, vətəndaşların 60%-dən çoxu səs-küylü qonşulardan əziyyət çəkir. Geri Qayıt |