Seninem.Az > Dünya / Manşet Yuxarı / Manşet Sağ > Dünyada sanksiyaya ən çox məruz qalan ölkələr - SİYAHI
Dünyada sanksiyaya ən çox məruz qalan ölkələr - SİYAHITarix: 24-02-2023, 10:30. Müəllif: admin2 |
Sabah Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin bir ili tamam olur. Ukraynaya hərbi təcavüzündən sonra Rusiya dünyada ən çox sanksiyaya məruz qalan ölkə olub. “Castellum” portalının məlumatına görə, Ukraynaya hücum etməzdən əvvəl Rusiya barəsində 2 754 sanksiya qərarı vardı. Hücumdan sonra, yəni 24 fevral 2022-ci il tarixindən ötən bir il ərzində Ruisya barəsində daha 11 327 sanksiya qərarı verilib. Nəticədə Rusiya haqqında verilən sanksiya qərarlarının ümumi sayı 14 081-yə çatıb. Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələr və qəbul edilən sanksiya qərarlarının sayı aşağıdakı kimi sıralanıb: ABŞ – 2 899 Kanada – 2 044 İsveçrə – 2 038 Böyük Britaniya – 1 665 Avropa İttifaqı (27 ölkə) – 1 638 Fransa – 1 572 Avstraliya – 1165 Yaponiya – 1 001 Rusiyadan sonra sanksiyaya ən çox məruz qalan ölkələr və onlar haqqında qəbul edilən sanksiya qərarlarının sayı aşağıdakı kimi olub: İran – 4 191 Suriya – 2 643 Şimali Koreya – 2 133 Belarus – 1 155 Myanmar – 806 Venesuela – 651 Yeniavaz.com Geri Qayıt |