Seninem.Az > Dünya / Manşet Yuxarı / Manşet Sağ > Dünyanın ən qiymətli brendləri BUNLARDIR

Dünyanın ən qiymətli brendləri BUNLARDIR


Tarix: 18-01-2023, 11:29. Müəllif: admin2
Dünyanın ən qiymətli brendləri BUNLARDIR

Beynəlxalq marka qiymətləndirmə təşkilatı “Brand Finance” tərəfindən hazırlanan "Dünyanın Ən Dəyərli 500 Brend-Qlobal 500-2023" araşdırması yekunlaşıb.

299,3 milyard dollarlıq brend dəyəri ilə Amazon dünyanın ən qiymətli brendi olaraq müəyyən edilib.

Amazon 2021-ci ildə 254,2 milyard dollar və 2022-ci ildə 350 milyard dollarla ikinci yerdə qərarlaşmışdı.

“Amazon”u təqribən 297,5 milyard dollarlıq marka dəyəri ilə “Apple” və 281,4 milyard dollar dəyəri ilə “Google” təqib edib.

Keçən il siyahının başında isə Apple idi.

Yuxarıda qeyd olunan siyahıda Microsoft 191,6 milyard dollarla 4-cü, ABŞ-ın pərakəndə şirkəti Walmart 113,8 milyard dollarla 5-ci, Cənubi Koreyanın texnologiya şirkəti Samsung 99,7 milyard dollarla 6-cı, Çin bankı ICBC 69,5 milyard dollarla 7-ci, ABŞ-ın telekommunikasiya şirkəti Verizon 67,4 milyard dollarla 8-ci, Tesla 66,2 milyard dollarla 9-cu, TikTok isə 65,7 milyard dollarla 10-cu yerdədir.

Reytinq cədvəlinin ən altındakı markanın dəyəri 4,7 milyard dollar olaraq qeyd edilib.

Tədqiqatın nəticələrinə görə, ABŞ ölkələr sıralamasında uzun müddət liderlik edir. Qlobal 500 siyahısındakı şirkətlərdən 201-i ABŞ, 71-i Çin, 32-si Yapon, 31-i Fransa, 25-i Britaniya, 24-ü Almaniya şirkətlərindən ibarətdir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt