Seninem.Az > Dünya / Manşet Yuxarı / Manşet Sağ > Ukrayna Silahlı Qüvvələri Rusiyanın 8 kamikadze pilotsuz aparatını VURDU
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 8 kamikadze pilotsuz aparatını VURDUTarix: 11-10-2022, 10:51. Müəllif: admin2 |
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Odessa və Nikolayev vilayətlərinə hücum məqsədilə istifadə etdiyi 8 kamikadze pilotsuz aparatını vurub. Bu barədə "cənub" ordusunun Hava Komandanlığının İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb. "Oktyabrın 11-də saat 03:30-dan 05:30-a kimi cənub ordu qruplaşmasının zenit müdafiə qüvvələri və vasitələri tərəfindən Nikolayev vilayəti üzərində düşmənin “Şahed-136” tipli 5 kamikadze pilotsuz uçan aparatı, Odessa vilayəti üzərində isə 3 uçan aparatı məhv edilib. Məlumatda qeyd olunub ki, Rusiya Ukraynaya qarşı İran pilotsuz uçan aparatlarından istifadə edir. BAKU.WS Geri Qayıt |