Seninem.Az > Dünya / Manşet Yuxarı > Rusiya iqtisadiyyatı sanksiyalara görə 15 il geriləyəcək
Rusiya iqtisadiyyatı sanksiyalara görə 15 il geriləyəcəkTarix: 12-06-2022, 03:00. Müəllif: admin |
Rusiya iqtisadiyyatı sanksiyalara görə 15 il geriləyəcək. "Leqal.info" xəbər verir ki, bu barədə "Reuters"in araşdırmasında deyilir. Araşdırmaya görə, 2022-ci ildə Rusiya iqtisadiyyatı 15 faiz, 2023-cü ildə isə daha 3 faiz enəcək. Beləliklə, Rusiya iqtisadiyyatına qoyulan 30 illik sərmayənin nəticəsi bərabərləşəcək. Qeyd edilir ki, Avropa Rusiyadan enerji resurslarının idxalından tamamilə imtina edərsə, o zaman iqtisadi tənəzzül daha geniş olacaq. "Reuters" əlavə edib ki, dünya ekspertləri yaxın aylarda Rusiya Federasiyaya qarşı sanksiyaların genişlənəcəyinə və sərtləşdiriləcəyinə əmindirlər. Geri Qayıt |