Seninem.Az > Dünya / Manşet Yuxarı > Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti ələ keçirib
Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti ələ keçiribTarix: 21-04-2022, 11:30. Müəllif: admin |
Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirib. Leqal.info xəbər verir ki, məlumatı TASS yayıb. Məlumata görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məruzə edib. Belə ki, aprelin 21-də Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Nazir Prezidentə məruzə edərək bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvvələrinin 8 100-ə yaxın hərbçisi olub: “2 mindən çox hərbçi isə “Azovstal” zavodunun ərazisində yerləşib”. Şoyqu yaxın 3-4 günə “Azovstal”da əməliyyatı başa çatdıracaqlarını qeyd edib. Rusiya Prezidenti Vladimir Putin “Azovstal”a hücumu məqsədəuyğun saymadığını bildirib. O, bu sənaye zonasını mühasirə saxlamaq tapşırığını verib: “Elə edin ki, ora milçək belə uça bilməsin”. Qeyd edək ki, Ukraynalı hərbçilər zavodun ərazisində mühasirədədir. Geri Qayıt |