Seninem.Az > Dünya / Manşet Yuxarı > Ermənistanda kütləvi istefalar başlayıb

Ermənistanda kütləvi istefalar başlayıb


Tarix: 31-05-2021, 17:30. Müəllif: admin
Ermənistan xarici işlər nazirinin müavini Qaqik Qalaçyan istefa verib.

Leqal.info “Aysor”a istinadən bildirir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

Onun sözlərinə görə, A.Qalaçyan mayın 27-də istefa ərizəsini yazıb.

Bu açıqlamadan az sonra A.Naqdalyan özünün də tutduğu vəzifədən istefa verdiyini bildirib.

***

Mətbuat isə yazır ki, istefalar bununla məhdudlaşmayıb. Qeyd olunub ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginliyi azaltmaq üçün planını açıqlayandan sonra Xarici İşlər və Müdafiə nazirliklərində, hətta Milli Təhlükəsizlik Xidmətində kütləvi istefalar olub. Məlumata görə, Ermənistan xarici işlər nazirinin 4 müavini, habelə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan istefa ərizəsi yazıblar.

Qeyd edək ki, mayın 27-də Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan da istefa verib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt