Seninem.Az > Dünya / Manşet Yuxarı > ÜST bu vaksini təcili istifadə üçün təsdiqlədi
ÜST bu vaksini təcili istifadə üçün təsdiqlədiTarix: 12-03-2021, 23:18. Müəllif: admin |
|
Ümumdünya Səhiyyə Təşkilatı “Johnson & Johnson” tərəfindən koronavirusa qarşı istehsal olunan ilk tək dozluq vaksini təcili istifadə üçün təsdiqləyib. Leqal.info xarici KİV-ə istinadən xəbər verir ki, ÜST vaksinin bütün ölkələrdə təcili istifadə və koronavirus vaksininə bərabər əlçatanlıq təmin etməyi hədəfləyən qlobal təşəbbüs olan COVAX vasitəsilə dünya miqyasında yayılmasına icazə verib. “COVID-19-a qarşı yaradılan hər yeni, etibarlı və təsirli vaksinlə pandemiyanı nəzarətdə saxlamağa bir addım da yaxınlaşırıq”, - ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, ÜST COVAX üçün 500 milyon doz "Johnson & Johnson" peyvəndi tədarük edib. Geri Qayıt |