Seninem.Az > Dünya / Manşet Yuxarı > Ukrayna-Rusiya sərhədində silahlı insident

Ukrayna-Rusiya sərhədində silahlı insident


Tarix: 4-12-2020, 13:44. Müəllif: admin
Üç silahlı şəxs Ukrayna sərhədini keçərək Rusiyaya daxil olmağa çalışıb.

Leqal.info xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Hadisə bu gün Belqorod yaxınlığındakı sərhəddə baş verib.

“Qanunu pozanları tutmağa çalışarkən silahlı müqavimət göstərdilər. Cavab atəşi nəticəsində onlardan biri ölümcül yaralandı, ikisi Ukrayna ərazisinə qaçdı”,- deyə açıqlamada bildirilib.

Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt