Seninem.Az > Dünya / Manşet Yuxarı > Paşinyan xalqın hakimiyyətə inanmadığını bilir

Paşinyan xalqın hakimiyyətə inanmadığını bilir


Tarix: 27-11-2020, 15:44. Müəllif: admin
Ermənistanın baş naziri Nikol Paşinyan televiziya ilə xalqa müraciətində müharibədəki məğlubiyyətdən sonra erməni xalqının rəsmi məlumat mənbələrinə olan etibarının itirilməsinə münasibət bildirib.

Leqal.info xəbər verir ki, Paşinyan çıxışında hərbi əməliyyatlarla bağlı verilən məlumatların yalan olmasına dair fikirləri əsassız adlandırıb.

“Müharibə zamanı dövlət strukturları yalan məlumatlar verdikləri üçün insanların rəsmi məlumatlara inamlarını itirdiklərini deyirlər. Bu, belə deyil. Hadrutda, Şuşada döyüşlərin getdiyi deyilmədimi? Döyüş yerləri göstərilmədimi? Başqa necə məlumat verməliydik? Dua edib ağlayaraq?”,- deyə Paşinyan qeyd edib.

Paşinyan cəbhə haqqında doğru məlumatlar yaymaq əvəzinə, xalqın qondarma "qəhrəman hekayələri" ilə aldadılması ilə bağlı fikirlərə də münasibət bildirib.

“Şimalda Talışın itirilməsinə baxmayaraq, hər şey erməni əsgərinin qanı və təri ilə qorunub saxlanıldı. Ermənistan məhz bu qəhrəmanları xilas etmək üçün güzəştə getdi”-deyə Paşinyan əlavə edib.

Daha əvvəl Paşinyan Qarabağla bağlı bəyanatın Azərbaycan ordusunun irəliləməsi ilə mühasirəyə düşmə ehtimalı olan minlərlə əsgərin həyatını xilas etmək üçün imzalandığını açıqlamışdı. Buna baxmayaraq, hakimiyyətə inanmayan vətəndaşların əksəriyyəti üçün bəyanatın imzalanması şok effekti yaratmışdı. Belə ki, xalqı aylar ərzində yalan xəbərlərlə aldadan Ermənistan hökuməti tərəfindən yayımlanan rəsmi məlumatlar cəbhədə baş verən həqiqətləri əks etdirmirdi.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt