Seninem.Az > Dünya / Manşet Yuxarı > Paşinyan bir saatda 2 dəfə Putinə zəng edib

Paşinyan bir saatda 2 dəfə Putinə zəng edib


Tarix: 27-11-2020, 13:53. Müəllif: admin
Ermənistan Baş naziri Nikol Paşinyan bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Leqal.info bildirir ki, bu barədə o, feysbukda bildirib.

“Laçın dəhlizinin yaşayış məntəqələri, itkin düşmüşlər, axtarış işləri, əsirlərin və ölənlərin meyitlərinin dəyişdirilməsi prosesi, sülhməramlıların yerləşdirilməsi və delimitasiyası, həmçinin regionun nəqliyyat kommunikasiyalarının açılması əsas müzakirə mövzuları olub”, - o, sosial şəbəkədəki səhifəsində yazıb.

Paşinyanın sözlərinə görə, bu cür müzakirələr vaxtaşırı, bəzən isə gündə bir neçə dəfə aparılır.

“Xarakterini və tezliyini nəzərə alaraq bu müzakirələr barədə heç də hər zaman məlumat yaymırıq”, - deyə o əlavə edib.

скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt