Seninem.Az > Dünya / Manşet Yuxarı > Hulusi Akar Fransa Senatının qətnaməsini pislədi

Hulusi Akar Fransa Senatının qətnaməsini pislədi


Tarix: 26-11-2020, 16:41. Müəllif: admin
Türkiyənin müdafiə naziri Hulusi Akar Fransa parlamentinin yuxarı palatasının (Senat) qondarma “Dağlıq Qarabağ respublikası” ilə bağlı qətnaməsinə münasibət bildirib.

Leqal.info xəbər verir ki, Hulusi Akar açıqlamasında Fransanı qərəzli mövqe göstərdiyinə görə qınayıb.

“Fransa ATƏT-in MINSK qrupunun həmsədri olaraq tərəfsiz olmalıdır. Bu qərar bir daha göstərdi ki, Fransa Qarabağ məsələsində həllin deyil, problemin bir parçasıdır”, - deyə Akar qeyd edib.

Xatırladaq ki, noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə qəbul edilib. Qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt