Seninem.Az > Dünya / Manşet Yuxarı > Peskov Putinlə bağlı xəbəri təkzib etdi
Peskov Putinlə bağlı xəbəri təkzib etdiTarix: 6-11-2020, 17:08. Müəllif: admin |
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin xəstəliyi və istefa edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Leqal.info-nun “TASS” agentliyinə istinadən məlumatına görə, Kreml rəsmisi yayılan xəbərləri təkzib edib. “Bütün bunlar cəfəngiyyatdır. Prezidentin səhhətində heç bir problem yoxdur”, - deyə o bildirib. Qeyd edək ki, Böyük Britaniyanın “The Sun” nəşri Vladimir Putinin Parkinson xəstəliyinə tutulduğunu və bu səbəbdən 2021-ci ilin yanvarında prezident postundan gedəcəyini iddia edib. Xatırladaq ki, V. Putin dörd dəfə prezident seçilib. İndiki səlahiyyət müddəti 2024-cü ildə bitəcək. Geri Qayıt |