Seninem.Az > Dünya / Manşet Yuxarı > Moskvada bu tarixdən koronavirus peyvəndinə başlanılacaq
Moskvada bu tarixdən koronavirus peyvəndinə başlanılacaqTarix: 1-09-2020, 22:38. Müəllif: admin |
|
Rusiyada könüllülərin yeni növ koronavirusa qarşı poyvəndlənməsi prosesi 5-7 sentyabrdan başlanacaq. Leqal.info xəbər verir ki, bu barədə N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq bildirib. Onun sözlərinə görə, peyvəndlənmə qeydiyyatdan sonrakı araşdırmalar çərçivəsində paytaxtın 9-10 klinikasında aparılacaq. Daha sonra isə klinikaların sayı 20-yə çatdırılacaq. Vaksinlər klinikalara 3-4 sentyabrda çatdırılacaq, qeydiyyata alınan könüllülər isə lazımi analizlərdən keçəcəklər. 5-7 sentyabrda isə həmin könüllülər peyvənd olunacaqlar. Geri Qayıt |