Seninem.Az > Dünya / Manşet Yuxarı > Rusiya Baş naziri koronavirusa yoluxdu
Rusiya Baş naziri koronavirusa yoluxduTarix: 30-04-2020, 23:30. Müəllif: admin |
|
Rusiyanın Baş naziri Mixail Mişustində koronavirus aşkarlanıb. Leqal.info Trend-ə istinadən bildirir ki, bu barədə Baş nazir Rusiya prezidenti Vladimir Putin ilə video danışıq zamanı deyib. M.Mişustin bildirib: "İndicə məlum oldu ki, koronavirus üçün etdiyim testlər müsbət nəticə verib". O, birinci müavini Andrey Belousovu xəstəliyi olduğu müddətdə Nazirlər Kabineti rəhbərinin vəzifəsinə namizəd kimi irəli sürüb: "Hökumət ştat rejimində işləməyə davam edəcək, bütün əsas məsələlərdə telefon və video ilə aktiv əlaqə qurmağı planlaşdırıram. Müvəqqəti vəzifələrimi icra edən şəxs qismində [Baş nazirin birinci müavini] Andrey Removiç Belousovun namizədliyini təklif edirəm". Geri Qayıt |