Seninem.Az > Dünya / Manşet Yuxarı > “Belarus pandemiyaya görə sərhədləri bağlamayacaq”
“Belarus pandemiyaya görə sərhədləri bağlamayacaq”Tarix: 23-04-2020, 17:07. Müəllif: admin |
Belarus prezidenti Aleksandr Lukaşenko koronavirus pandemiyası dövründə respublikanın dövlət sərhədlərini bağlamağa ehtiyac olmadığını bildirib. Bu barədə “Leqal.info” RT-yə istinadən xəbər verir. “Biz insanlar və malların hələ də hərəkət etdiyi üç dəhliz müəyyən etmişik. Ehtiyac olmayacağı təqdirdə də sərhədləri bağlamaq niyyətində deyilik”, - A.Lukaşenko dayanıqlı milli iqtisadiyyat üzrə keçirilən iclasda çıxışı zamanı söyləyib. Belarus lideri bunun ölkəyə heç də asan və ucuz başa gəlmədiyini vurğulayıb. Geri Qayıt |