Seninem.Az > Dünya / Manşet Yuxarı > ABŞ-da koronavirus qurbanlarının sayı 1,7 min nəfəri ötüb
ABŞ-da koronavirus qurbanlarının sayı 1,7 min nəfəri ötübTarix: 28-03-2020, 18:30. Müəllif: admin |
ABŞ-da koronavirus qurbanlarının sayı 1 711 nəfərdir. “Leqal.info” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Qeyd edilir ki, ölkədə virusa yoluxma hallarının sayı 104,8 mindir. Nyu-York şəhəri ölüm hallarının sayına görə liderdir. Burada 450 nəfər koronavirusun qurbanı olub. İkinci yerdə 125 ölüm hadisəsi ilə Vaşinqton ştatının Kinq şəhəri qərarlaşıb. ABŞ-da COVID-19 infeksiyasından sağalanların sayı 894 nəfərdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, dünyada 512 mindən çox insan koronavirusa yoluxub, 23 mindən çox insan pandemiyanın qurbanı olub. ÜST martın 11-də COVID-19-u pandemiya elan edib. Geri Qayıt |