Seninem.Az > Dünya / Manşet Yuxarı > Minskdə anonim zəngdən sonra vağzal və ticarət mərkəzləri yoxlanılır
Minskdə anonim zəngdən sonra vağzal və ticarət mərkəzləri yoxlanılırTarix: 10-11-2019, 01:37. Müəllif: admin |
Minskdəki üç böyük ticarət mərkəzində və Belarus paytaxtının Mərkəzi Dəmiryol Vağzalında istehkamçı-pirotexnik qruplar yoxlama aparır, insanlar təxliyə olunur. Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir: "Səhər saat 7 radələrində Belarus Dəmir Yollarının Mogilev şöbəsinin elektron poçtuna Minskdəki Zamok, Dana Mall, Galileo ticarət mərkəzlərində, həmçinin Mərkəzi Dəmiryol Vağzalında təhlükə olması barədə məlumat gəlib. İstehkamçı-pirotexnik qruplar göstərilən obyektlərdə yoxlama aparır. Təhlükəsizlik tədbirlərinə riayət etmək məqsədi ilə polis təxliyə tədbirlərihəyata keçirir". Daxili İşlər Nazirliyi, həmçinin vətəndaşları təhlükəsizlik tədbirlərinə riayət etməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının tövsiyələrinə əməl etməyə çağırıb. Geri Qayıt |