Seninem.Az > Dünya / Manşet Yuxarı > Yunanıstanda irimiqyaslı antiterror əməliyyatı keçirilib
Yunanıstanda irimiqyaslı antiterror əməliyyatı keçirilibTarix: 9-11-2019, 21:03. Müəllif: admin |
Yunanıstanın paytaxtı Afinada irimiqyaslı antiterror əməliyyatı keçirilib. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. Qeyd edilir ki, əməliyyat zamanı 3 nəfər həbs edilib. Onlardan 2-i terror cinayətlərində ittiham olunur. Həbs edilənlərdən 3-cüsü qadındır, o, qanunsuz silah saxlamaqda təqsirli bilinir. Əməliyyat zamanı habelə daha 15 nəfər saxlanılıb. Polis axtarışlar zamanı 5 "Kalaşnikov" avtomatı, bir tapança-pulemyot, iki tapança, detonatorlar, CS gözyaşardıcı qazlı qumbaralar və s. sursat aşkarlayaraq müsadirə edib. Yunanıstanın baş naziri Kiriakos Misotakis polisi müvəffəqiyyətli əməliyyat münasibətilə təbrik edib. Geri Qayıt |