Seninem.Az > Dünya / Manşet Yuxarı > Gürcüstan-Ermənistan sərhədində 5,2 və 4,2 bal gücündə zəlzələlər olub
Gürcüstan-Ermənistan sərhədində 5,2 və 4,2 bal gücündə zəlzələlər olubTarix: 10-09-2019, 23:23. Müəllif: admin |
Ermənistan ərazisində, Gürcüstan-Ermənistan sərhədi yaxınlığında ardıcıl iki zəlzələ baş verib. Trend-in Gürcüstanın Seysmologiya Mərkəzinə istinadən verdiyi məlumata görə, birinci zəlzələnin maqnitudası 5,2 bal olub. Yeraltı təkanın episentri Ermənistan ərazisində, Gürcüstanla sərhəddən 8 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. İkinci zəlzələnin maqnitudası 4,2 bal olub. Zəlzələnin episentri Ermənistan ərazisində, Gürcüstanla sərhəddən 5 kilometr aralıda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib. Geri Qayıt |