Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə qardaşlığını dünyaya bəyan edir - RƏY

Üç il əvvəl - 2021-ci il iyunun 15-də Azərbaycanla qardaş Türkiyə arasında imzlanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi iki ölkənin qardaşlığını bütün dünyaya bəyan edən mesaj idi.

Bu fikirləri Arazxeber.az Şuşa Bəyannaməsinin əhəmiyyəti haqqında danışan Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev və Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir:

"Məhz bu tarixi sənəd iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Prezident İlham Əliyevin də söylədiyi kimi, tarixi Qars müqaviləsinin imzalanmasından 100 il sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə Azərbaycanla Türkiyənin gələcək işbirliyinin istiqamətini göstərir.

Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini də artırır, həmçinin ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etməkdədir. Bütün əməkdaşlıq sahələrini əhatə edən bəyannamə sülhə və inteqrasiyaya yol açır. Regionda inteqrasiya proseslərini stimullaşdırır"
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə qardaşlığını dünyaya bəyan edir - RƏY
Deputatın fikrincə, sənədin iqtisadi əhəmiyyəti də kifayət qədərdir.

O bildirib ki, Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir:

"Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişafına, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Beləliklə, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşması deməkdir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bir-birinin təhlükəsizliyinin təminatçısı olmaqda davam edir. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artırmaqdadır.скачать dle 10.6фильмы бесплатно
14-06-2024, 14:49
Baxıs: 378
Reyting: