Aİ Putin, Lavrov, Mişustin və Medvedevə qarşı sanksiyalar tətbiq etdi

Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokolsev, habelə bu ölkənin digər rəsmi şəxsləri Avropa İttifaqının (Aİ) məhdudlaşdırıcı tədbirləri siyahısına daxil edilib.

“Leqal.info” xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnaliında məlumat verilib.

Sənəddə qeyd edildiyi kimi, Putin, xüsusən Ukraynada hərbi əməliyyat keçirmək əmri verib və Rusiya silahlı qüvvələri Ukraynaya qarşı hücuma keçib. Lavrov Rusiya Təhlükəsizlik Şurasının üzvü kimi Rusiyanın qondarma DXR və LXR-i dərhal tanımasını dəstəkləyib.

Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel bildirib ki, Aİ-nin məhdudiyyətləri siyahılarında adları olan şəxslərin aktivləri dondurulacaq. Eyni zamanda o, hansı aktivlərin müzakirə olunduğunu açıqamayıb.

Sanksiyalar siyahısında həmçinin Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin də adları var.

“G7 ölkələrinin xarici işlər nazirləri gün ərzində Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq atacağımız koordinasiyalı hərəkətləri müzakirə etdik. Rusiya rəhbərliyini görünməmiş təcrid gözləyir.

Transatlantik tərəfdaşlarımızla Ukrayna ilə həmrəyik”, - Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi daha əvvəl sosial şəbəkədəki hesabında qeyd edib.скачать dle 10.6фильмы бесплатно
26-02-2022, 03:03
Baxıs: 27 778
Reyting: