Novxanıda kişi həyat yoldaşını bıçaqlayıb

Abşeronda rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib.

"Leqal.info"nun məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 1980-ci il təvəllüdlü Seyidverdiyeva Aybəniz Oruc qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onda qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.скачать dle 10.6фильмы бесплатно
5-12-2021, 09:30
Baxıs: 31 567
Reyting: