“Noyabrın 9-nu “milli biabırçılıq günü” kimi qeyd edək”
“Bir vaxtlar dövlətimiz var idi, konstitusiya gününün bir mənası var idi, qeyd etməyimizin mənası var idi. 2018-ci ildən etibarən bu tarixi qeyd etmək mənasızlaşdı”.
Leqal.info xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə nazirinin müavini Ardak Zakaryan feysbuk səhifəsində paylaşımında yazıb. “Bu gün davamlı şəkildə Konstitusiyanın yarandığı günü – 5 iyulu necə qeyd edək? Silahlı qüvvələr gününü - 28 yanvar tarixini necə qeyd edək ki, ordudan təkcə nazir və baş qərargah rəisi qalıb, ölkə təhlükəsizliyinin qarantı deyiləndə isə Rusiyanın dövlət rəmzləri yada düşür”, - deyə Zakaryan yazıb. O, ölkəsinin bayram günlərini matəm günləri kimi qeyd etməli olduğunu məsləhət görüb: “Mayın 8-ni, noyabrın 9-nu (Kapitulyasiya günü) və iyunun 20-ni (Paşinyanın rəhbərlik etdiyi partiyanın seçkilərdə qalib gəldiyi gün) “milli biabırçılıq günləri” kimi qeyd etmək daha ədalətli olardı”. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57