Mərkəz direktoru: "Həkimlər ixtisar olunmayacaq"

“Bakı, Sumqayıt və Abşeronda yerləşən tibb müəssisələrində həyata keçirilən struktur dəyişiklikləri demək olar, başa çatıb”.

Leqal.info xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

Mərkəz direktoru bildirib ki, struktur dəyişikliyinin mövcud iş rejiminə heç bir təsiri yoxdur: “Bir neçə tibb müəssisəsinin birləşməsi nəticəsində ixtisar olunma faktı yoxdur. Sadəcə müəyyən şöbələr birləşdirilərək optimallaşma prosesi gedir. Bir sözlə, ixtisar yoxdur və gələcəkdə də olmayacaq”.скачать dle 10.6фильмы бесплатно
30-06-2021, 17:54
Baxıs: 38 957
Reyting: