MSK-nın formalaşdırılması məsələsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması məsələsinin Milli Məclisdə müzakirə olunacağı vaxt müəyyənləşib.

Leqal.info-un əldə etdiyi məlumata görə, məsələ parlamentin gələn həftə - aprelin 27-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən komissiya yenidən formalaşdırılacaq.

MSK üzvləri 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.скачать dle 10.6фильмы бесплатно
23-04-2021, 13:44
Baxıs: 36 589
Reyting: